Nüşabə Ələsgərlidən ürəkparçalayan SÖZLƏR: “Ölümqabağı mən...”
Bizi izləyin

Magazin1

Nüşabə Ələsgərlidən ürəkparçalayan SÖZLƏR: “Ölümqabağı mən...”

Bir ildə iki ağır itki yaşayan əməkdar artist Nüşabə Ələsgərli hələ bir müddət efirlərə çıxmayacağını bildirib:

“Soruşurlar ki, niyə verilişlərə çıxmırsan, niyə tədbirlərə qatılmırsan. Efirə çıxım neyləym, ağlayım, gülüm, oxuyum? Artıq oxumaq da istəmirəm. Noyabrda anamın, yanvarda da bacımın ilidir. Bacımın ilindən sonra bəlkə efirə çıxdım. Amma dəqiq söz vermirəm. Bəlkə də heç cıxmadım”.

Sənətçi Publika.az-a bacısının iki övladına da analıq etdiyini söyləyib.

“Bacımın iki oğul övladı qalıb. Birinin 10, digərinin 14 yaşı var. İndi onlara mən analıq edirəm. Bacımın arzusu idi ki, onların toyunu görsün. Amma qismət olmadı. Hər gün onların üzünü görmək və bacımı xatırlamaq mənim üçün dəhşətdir. Anam da qızının xəstəliyinə tab gətirmədi və bacımdan əvvəl dünyasını dəyişdi. Ölümündən əvvəl mənə dedi ki, gözümün qarşısında qızımın əriməsinə dözə bilmirəm, kaş ki, mən onun ölümünü görməyim. Məndən bunu istədi ki, dözümlü olum, həyatda heç vaxt sınmayım. O, sağ olsaydı, bəlkə də ana-bala birləşib bu dərdə güc gələ bilərdik. İndi tək bacırmıram”, - N.Ələsgərli belə deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm