Zamiqdən sevgi ETİRAFI: “O qadının…”
Bizi izləyin

Magazin1

Zamiqdən sevgi ETİRAFI: “O qadının…”

Müğənni Zamiq sosial şəbəkədə fanatı olduğu aktrisa, xalq artisti Afaq Bəşirqızıdan yazıb.

Publika.az xəbər verir ki, müğənni uşaqlıqdan A.Bəşirqızının vurğunu olduğunu deyib: “Bu gün Dövlət televiziyasında çox sevdiyim Nərgiz xanım Cəlilovanın verilişi Xalq artisti Afaq Bəşirqızına həsr olunmuşdu. Bu verilişə sürpriz qonaq kimi mən dəvətli oldum. Niyə? Nərgiz xanım mənə telefon açdı ki, Zamiq Afaq xanımın ən çox sevdiyi mahnı “Sən necə də gözəlsən”dir. Gəl, ona sürpriz edək. Mən bunu böyük sevgi ilə qəbul etdim və dəyərli sənətkarla eyni səhnəni paylaşdım.

Afaq xanım bizim canlı sərvətimizdir. Uşaqlıqdan o qadının azarkeşi olmuşam. Nə biləydim ki, bir gün gələcək, o qadın da məni bir sənətçi kimi sevəcək. Həyat qəribədir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm