• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

“Yurd” CAR-da Azərbaycanı təmsil etdi - FOTO

“Yurd” CAR-da Azərbaycanı təmsil etdi

21-25 sentyabr 2016-cı il tarixində Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində Dance Star Rəqs Müsabiqəsinin Dünya Turunun Cənubi Afrika üzrə seçim mərhələsi keçirilib. Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində Səfirliyimizin nəzdində və Yohannesburq şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Yurd” rəqs ansamblı bir neçə Azərbaycan milli və klassik rəqsləri ilə təmsil olunub.

Bu barədə Publika.az-a CAR-dakı səfirliyimizdən məlumat verilib.

Məlumata görə, cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, Dance Star Beynəlxalq Rəqs Müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 55 mindən çox rəqqas 50-dən çox dövləti təmsil edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR