Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş? - - FOTO
Bizi izləyin

Magazin1

Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş? - - FOTO

Türkan Şorayın Azərbaycandakı gizli dostu

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, məşhur bəstəkar və rəssam Arif Məlikov Türkan Şorayla uzun illərdir dostluq etdiyini bildirib.

A.Məlikov Publika.az-a verdiyi açıqlamasında Türkan xanımla tez-tez görüşdüyünü bildirib: “Mən Türkiyəyə gedəndə Türkan xanımla görüşüb hal-əhval tuturam. Çox dəyərli sənətkardır, mülayim xasiyyətli insandır. Türkan xanım Azərbaycana nadir hallarda gəlsə də, burada olanda mütləq görüşürük. Hətta mən onun şəkil kolleksiyasını toplamışam”.

Qeyd edək ki, Xalq artisti Arif Məlikov və Türkan Şoray dünən Xəzər Universitetində keçirilən tədbirdə "Avrasiya Əfsanəsi" mükafatına layiq görülüblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm