Xoşqədəm Hidayətqızı: “Atam mənə 16 yaşımda dedi ki...”
Bizi izləyin

Magazin1

Xoşqədəm Hidayətqızı: “Atam mənə 16 yaşımda dedi ki...”

“Atam mənə 16 yaşımda dedi ki...”

Xoşqədəm Hidayətqızı rəfiqələrinin vəfasızlığından gileylənib.

Publika.az xəbər verir ki, məşhur aparıcı bu barədə sosial şəbəkədə status yazaraq ürəyini boşaldıb:

“Hər kəsin ətrafında dərdini deyəcəyi, sirrini bölüşə biləcəyi insan olmalıdır. Amma indi belə dostlardan tapmaq çox-çox çətindir. Ətrafımızda mələk üzlü şeytanlara da rast gəlmək olur. Odur ki, dərdinizi, sirrinizi kiməsə deməzdən öncə “Yanımda dərdimə acıyırmış kimi vah-vah deyən kimdir?” - deyə düşünün! Atam mənə 16 yaşımda bir məsləhət verdi. Dedi ki, qızım, çalış rəfiqən olmasın, ən yaxşı rəfiqən, dostun, anan və ailəndir. Bu günə qədər də bu məsləhəti dinləyirəm. Rəbbim sizi mələk üzlü şeytanlardan, gözdən, nəfsdən, yalançı insanlardan qorusun!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm