Murad Arif: "Küçədə xalxın anasına-bacısına söz atan biz deyildik?"
Bizi izləyin

Magazin1

Murad Arif: "Küçədə xalxın anasına-bacısına söz atan biz deyildik?"

Son bir neçə il ərzində turizmin sürətlə inkişafı ölkəmizə turist axınını da artırıb. Bakıda və bölgələrimizdə kifayət qədər xarici vətəndaşların istirahət etdiyini görürük. Əksəriyyəti ərəblər olan şəhərimizin qonaqları əhali tərəfindən birmənalı qarşılanmır.

Məşhur teleaparıcı, Murad Arif bu barədə özünün feysbuk və instaqram hesablarında sosial şəbəkələrdə ölkədəki ərəb turistlərə qarşı əcaib aqressiya haqda öz fikirlərini paylaşıb.

Onun fikirlərini təqdim edirik: "Biz nə istəyirik? Tənbəllikdən qarnımızı yerlə sürüməkdən yorulmadıq? Ərəblər gəlib. Bu niyə dərd olur bizə? Onlar mədəni deyil? Biz necə? Çoxmu mədəni davranır "BƏZİLƏRİMİZ" ?

Küçəyə "xax tfu" edib tüpürən biz deyildik indiyə qədər? Ömür billah maşınlardan butulka tullayan biz deyilik? Yoxsa, küçədə xalxın anasına-bacısına söz atan deyildik? Hə? İlmi zalım ictimai yerlərdə, restoran və kafelərdə tualetlərimiz çiçək qoxuyub yoxsa? "Ay eşşək suyu burax!", "Bura zibil atanın belə-belə.." yazanda ərəb üçün yazırdıq daim? "

1 il deyil ki, ölkədə turist axını nəzərə çarpır. Bu ay artıq 4-5-ci dəfədir ki, bölgələrimizdə otellərdə oluram! Turistlər hər yerdədir! ÇOX ŞÜKÜR!

Sektor inkişaf edir. Yerli əhaliyə, işçi qüvvəsinə ehtiyac yaranır.

Camaat iş tapır, ailə dolandırır. Utanmaz adamlar var ki, maşını 10 dəfə artıq qiymətə icarəyə verir, sonra da salonun şəklini qoyur ki, ərəblər çips dağıdıb. Təmizlə, yenə oborota ver, qazan da! Oteli bulayır? Od qiymətinə verirsən, xadimənin də, bütün xidmətin də pulunu artıqlamasıyla çıxarırsan? Nədir problem? Nə qədər deyinmək olar? Ver yeyim, ört yatımla olmur axı!

Ərəblər mədəni deyilmiş. Yox, siz mədənisiniz."

Üzeyir Hacıbəyovu ola-ola, üç badam bir qoz mahnılardan kayf tutursunuz.

Operaya, teatra gedir, kitab üzü açırsınız. Efirləriniz də elmi-kütləvi verilişlərə dolu. Sanballı komediyalar çəkirsiniz. Siz mədənisiniz!

Ay mükəmməl, ideal, süddən çıxmış ağ qaşıqlar? Evinizə qonaq gəlmir e. Bazarınızı ayaqda saxlayır, pul yatırırlar! Xidmət göstərin, işləyin, QAZANIN və susun".

Bu barədə bir dəfə yazmışdım, yenə yazıram: Küçədə kimsə pozğunluq açırsa, kiminsə, nəyinsə, mənəvi dəyərləri alçaldılırsa, əmlakınıza ZİYAN vurulursa, bunu kontrol edəcək qurumlar, qaydalar, cərimələr VAR! Hüququnuz tapdalanır, şikayət edin.

Yoxsa, boş-boş deyinmək nəyə lazım?

Mənim əziz soydaşlarım, turizm olan bölgələrə hər tip adam gələr. Kimisə mədəniyyətə dəvət etmədən öncə, əvvəl və sonra (ОТ И ДО) özünüzü "ələşdirin". Əslində, çox şey, yaranmış şəraitdən qaynaqlanır. Birdə ki, İŞLƏMƏK LAZIMDIR! Biz bunu sevmirik. Vəssalam.

Publika.az həmin paylaşımı təqdim edir:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm