Magazin1
Əjdaha başı kəsənlər, od qoyanlar və 6 qəpiklik ruh – “Maşın”da NOKAUT
Maşın realiti şousunun beşinci günü də qalmaqalsız ötüşməyib.
Publika.az xəbər verir ki, qutuya ən çox fotosu atılan şəxs isə müğənni Xatun Əliyeva olub. O, hədəfinin kim olduğunu açıqlamayıb.
Verilişin irəliləyən dəqiqələrində Əməkdar artist Mehriban Xanlarova, jurnalist Ülviyyə Alovlu, Rauf və Xatun arasında gərginlik yaşanıb.
Qalmaqalın ilk qığılcımları isə canlı yayımının olmadığı vaxt başlayıb. Belə ki, M.Xanlarova kişilərə təklif edib ki, bu gün onların fotoları atılsın. Amma İlkin Misgərlidən başqa heç kəs razılaşmayıb. Kişi oyunçuların bu addımını qorxaqlıq sayan Ü.Alovlu əsəbləşərək bunları deyib: "Biz oynamaq istəyirik. Amma kişilər çəkilib dayanıb qıraqda və xanımları səsverməyə çıxarırlar. Bu qədər maraqsız olmaq kimə lazımdır? Çox qorxaq oyundur. Maşının 65 min qiyməti var. Bunun üçün heç olmasa 65 minlik insanın ruhu olmalıdır. Ancaq buradakı iştirakçıların oynamağa heç 6 qəpiklik ruhu yoxdur".
M. Xanlarova bu sözlərə etiraz edib: "Danışanda kəlmənə fikir ver. Mənim milyonluq qiymətim var. Deyirsən buradakıların 6 qəpiklik qiyməti yoxdur. Bəlkə mənim qulağım səhv eşidir. Heç kişilərə də elə söz demə. Ayıbdır. 6 qəpik nədir?".
Daha sonra isə müğənni Rauf Xatuna “Məni çıxarma, sabah Mehriban Xanlarovanı duelə çağırıram. Əjdahanın başını mən kəsəcəm. O, maraqlı iştirakçıdır, burada teatr göstərir, istəmirdim onu çıxaram. Ancaq vaxtı yetişdi” deyib.
M.Xanlarova da Xatuna müraciət edərək Raufu çıxarmamağını xahiş edib, O, bildirib ki, Rauflə duelə çıxmaq istəyir. Sonda isə “qalsın”a 71,21 faiz səs toplayan Xatun göz yaşlarına boğulub. O, şoudan İlqar Mikayıloğlunu çıxarıb.
Pərviz Hüseyn
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bavariya"nın baş məşqçi postuna yeni favorit BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin27 May 22:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO