Magazin1
Bir gecədə “Ayə, hareyə gedirsən"lə məşhurlaşan gənc DANIŞDI - – FOTO
Dünən gecədən Vüsal Rzasoy adlı gənc “Müasir Azərbaycan gənci” proqramındakı “Ayə, hareyə gedirsən, ayə?” ifası ilə sosial medianın gündəminə çevrilib.
Bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy Publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib: “Bu mahnının belə ləhcədə səslənməsi ona görədir ki, əslində, şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yanlış düşünürlər. Mahnıda şəhərlilərin yuxarıdan aşağı baxdığı ərazilərdə iki dost söhbət edir və biri o birindən soruşur ki, hara gedirsən? Onlar əslində dərin bir söhbət edirlər. Bu isə özlərini daha “cool” sayan insanlar arasında başa düşülmür. Niyyətim insanların ləhcəsinə lağ edənləri qınamaq olub. Erman Hessenin “Siddhartha” deyə bir əsəri var. Orada Siddhartha çöllərdə yaşayır və özünü axtarmaqla məşğul olur. Bu çox böyük bir fəlsəfədir. Mahnıdakı ləhcə ilə söhbət edən dostlardan birində də bu baş verir. O, fəlsəfə ilə məşğul olan gənc başqaları tərəfindən lağ hədəfinə çevrilir. Onu başa düşmür və ona gülürlər”.
Vüsal Rzasoy bu addımı hansı səbəblə atdığı barədə isə məlumat vermək istəməyib: “Niyə bu addımı atdım, bu barədə heç bir açıqlama verməyəcəm”.
Qeyd edək ki, Vüsal Rzasoy eyni zamanda Pantomima Teatrında çalışır.
Pərviz Hüseyn
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?