Magazin1
Namiq Qaraçuxurluya səhnəyə çıxmağa qadağa qoyuldu - VİDEO
“Namiq Qaraçuxurlunun ayağındakı sınıq açıq sınıq idi.
Yəni sümük açıqda idi. Buda həmin bölgədə infeksiya olma ehtimalını
artırır. Bu da gələcəkdə yara və ya daha da böyük problemlərə
gətirib çıxara bilər. Əsas şikayəti ondan ibarətdir, amma normal,
tez-tez görünən bir sınıqdır. Digər bir səbəbsə, həm iç, həm də çöl
tərəfdən sındırması olub. Əməliyyatda elə də bir problem
olmadı”.
Bu sözləri ARB TV-nin “Günə son” proqramına açıqlaması zamanı,
məşhur meyxana ustadı Namiq Qaraçuxurlunu əməliyyat edən həkim
Rəşad Zeynalov bildirib.
Meyxanaçının bir az narahat qaldığını və tez ayağa qalxmaq
istədiyini dilə gətirən həkim, uzun bir müddət istirahət etməli
olduğunu qeyd edib: “Əsas şikayəti ondan ibarət idi ki, çoxlu
konsertləri, görüşləri var idi. Amma o, yataq rejimində olmalıdır.
Baldır sümüklərinin sınıqları digər sümüklərlə birləşməsi oxşardır.
Bu da hardasa 2 aydır. Yataq rejimi olmalıdır. Ayağını aşağı
sallamaq olmaz. Rahat şəkildə ayağını basıb gəzə bilməz. Buna görə
də bişişməsini gözləmək lazımdır. Ayağına basmadan gəzə bilər”.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR