Türkiyəli məşhur dənizdə batdı - FOTO
Bizi izləyin

Magazin1

Türkiyəli məşhur dənizdə batdı - FOTO

Türkiyəli müğənni Onur Can Özcan dənizdə batıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dənizdə gəminin batması nəticəsində müğənni itkin düşüb, 1 nəfər isə həyatını itirib. Alınan məlumata görə, İmrenli Koyudan dənizə açılan və içində 5 nəfərin olduğu gəmi sahildən təxminən 300 metr uzaqda, naməlum səbəbdən alt-üst olub.

Gəmidəki Həsən Ekşi (23), Rəcəb Gülyıldırım (26), Levent Sarı və (30) Ulaş Sarı (23) üzərək sahilə çıxıb. Rəcəb Gülyıldırım dərhal xəstəxanaya aparılsa da, ilk müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Təhlükəsizlik xidməti və Sahil Polisi dəstələri Özcanın axtarışlarını davaç edir.

21 yaşlı bəstəkar, solist və söz müəllifi Onur Can Özcanın mahnıları yutubda milyonlarla baxış sayı toplayıb. O, son dövrlərdə gənc müğənnilər arasında çox populyar idi.

Özcan xüsusilə "Yaramızda Kalsın", "Yalnızlığın Ezgisi", "Çilingir", "Kibrit", "Gülümse Kadın" veə"İntihaşk” kimi mahnıları ilə tanınırdı.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm