Vüsalə ilə Azər cütlüyü BARIŞDI? – FOTO
Bizi izləyin

Magazin1

Vüsalə ilə Azər cütlüyü BARIŞDI? – FOTO

Xəbər verdiyimiz kimi, bu gün aparıcı Vüsalə Əlizadə ilə Azər Zahidin nikahından olan qızları Dilək birinci sinfə qədəm qoyub.

Publika.az xəbər verir ki, Azər Zahid 168 minlik İnstaqram səhifəsində keçmiş xanımı və qızı ilə şəklini paylaşıb. Aparıcı qeyd edib ki, övladını özəl gündə tək qoymayıb:

“Uşağımızın xoş günüdür. Bunu istədim paylaşdım. Atası ilə şəkli vardı, anası ilə də olsun. Gələcək nəsli sağlam yetişdirmək hər bir valideynin borcudur! Qız anadan örnək alar, atadan dayaq!”

Xatırladaq ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar.

Azər Zahid 2016-cı ildə ikinci dəfə ailə qursa da, onun ikinci nikahı da uzunömürlü olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm