Ebru Gündeşi Bakıda belə qarşıladılar - Aygünlə duet OXUDU - - VİDEO
Bizi izləyin

Magazin1

Ebru Gündeşi Bakıda belə qarşıladılar - Aygünlə duet OXUDU - - VİDEO

Türkiyənin tanınmış sənətçisi Ebru Gündeş uzun müddətdən sonra yenidən Bakıda konsert verib.

Publika.az xəbər verir ki, müğənni bu gün Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edib. Uzun illər sonra Bakıya gələn sənətçini azərbaycanlı pərəstişkarları böyük coşqu ilə qarşılayıb. Ebru Gündeş isə azərbaycan dilində "Sizi salamlayıram" deyərək onu dinləməyə gələn tamaşaçılarına xoş gəldin deyib.

Bakı üçün darıxdığını deyən Ebru Gündeş konsertdə bir neçə Azərbaycan mahnısını ifa edib. Konsertin yadda qalan məqamlarından biri gecənin səbəbkarı ilə illər öncə "Popstar" yarışmasında çıxış edən Aygün Mahmudovanın dueti olub. Onların çıxışı tamaşaçılara unudulmaz musiqi dəqiqələri yaşadıb.

Qeyd edək ki, Ebru Gündeş "Popstar" yarışmasının münsifi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm