Burak Özçivit Sevgililər Gününü 80 qadınla Küveytdə qeyd edəcək
Bizi izləyin

Magazin1

Burak Özçivit Sevgililər Gününü 80 qadınla Küveytdə qeyd edəcək

Burak Özçivit 14 Fevral Sevgililər Günündə hamilə həyat yoldaşı Fahriye Evcenlə birlikdə olmayacaq.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Davutpaşa Şəhərciyində yerləşən Konqres və Mədəniyyət Mərkəzində keçirilən 17-ci ilin Ulduzları Mükafat mərasimində “İlin ən yaxşı aktyoru” seçilib.

Mükafat mərasimindən sonra mətbuat nümayəndələrilə söhbət edən Burak Özçivit altı aylıq hamilə xanımı Fahriye Evcenlə uşaqlarını qucaqlarına alacağı günü həyəcanlı gözlədiklərini deyib. O, “Fahriye kimi mən də o hissləri yaşayıram” , - deyə bildirib.

Kino ulduzu 14 Fevral Sevgililər Günündə Küveytdə 80 nəfər qadınla birlikdə olacağı xəbərlərini təsdiq edib:

"Bəli, belə bir tədbir var. Odur ki, Fahriye mənimlə olmayacaq, tək gedəcəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm