Magazin1
Türkiyəli məşhurlar Bakıya gələcək
"Sinema güzeli" yarışmasının Azərbaycan üzrə bu ilki təşkilatçısı aparıcısı Aysel Nazim keçən ilki seçim turlarında iştirakçılardan pul alınaraq aldadılmasına aydınlıq gətirib.
Publika.az xəbər verir ki, Aysel Nazim bu barədə bu gün adıçəkilən yarışma ilə bağlı keçirilən mətbuat konfransında danışıb. O, Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda seçim turu keçiriləcəyini və layihə rəhbəri olduğunu elan edib:
"Müsabiqədə 18-28 yaş arası oğlanlar və qızlar iştirak edə bilər. Seçim turlarına yanvarın 27-dən etibarən start veriləcək. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, Anar Heybətov, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban və başqalarıdır.
Fevralın əvvəli isə Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat (Təhminə) , Nuri Alço, Şenol İpek, Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək.
Aysel Nazim daha sonra ötən ilki "Sinemanın kral və kraliçası" yarışmasının seçim turlarında iştirakçılardan pul alınması məsələsinə toxunub:
"Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs o aparıcının onları aldatmasından, pul almasından, yalan vədlər verməsindən danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunladır. İnsanların aldadılmasına və layihənin qaralanmasını göz yuma bilmərəm. Bizim seçimlərimiz tamamilə ödənişsizdir. Başlıca məqsədimiz iştirak edən gənclərə Türkiyədə yol açmaqdır. Odur ki, özünə güvənən hər kəsi yarışmada özünü sınamağa dəvət edirik. Münsif üzvləri öz xidmətlərini iştirakçılara təmənnasız təqdim edəcək.
Bəli, bu gün Türkiyədə yeni simalar çoxdur. Lakin o da həqiqətdir ki, mən orda filmə çəkilməyə nail olmuşam. Bu halda gənc istedadlarımızın özünü orada sınaması mümkündür".
Müsabiqənin münsifi olan Rəşad Kəsəmənli çıxışında bildirib ki, bu vaxta qədər adına xələl gətirən heç bir işə imza atmayıb.
"Puldan və fırıldaqdan söhbət gedə bilməz. Bizə maraqlıdır ki, müsabiqədə seçilən gənc ölkəmizi yüksək səviyyədə təmsil etsin və Türkiyədə bu sahə üzrə uğurlar qazansın" , - deyə o, sözlərinə əlavə edib.
Xatırladaq ki, əməkdar artist Məlahət Abbasova aparıcı
Vüsalə Səidi fırıldaqçılıqda ittiham edib. Ötən il Türkiyədə baş
tutan layihənin Azərbaycan üzrə təşkilatçısı olan Vüsalə Səid seçim
turu keçirərək iki gənci Türkiyəyə aparıb. Bakı seçimləri ilə bağlı
münsif olan əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım
edib. Onun statusuna əməkdar artist şərh yazaraq ötən il gənclərin
aldadıldığını bildirib: "Mən Türkiyədə yaşayıram. Burada kifayət
qədər yeni sima var. İnsanları niyə aldadırsınız? Ötən il də bu cür
yarışma keçirildi. Orada birinci seçilənlər hardadır? Hər kəsdən
pul alıblar. İndi isə onlar ortada yoxdur".
Aysel Nazim sonda onu bildirib ki, seçimlərdə qələbə qazanan
finalçılar Türkiyədə, Osman Yağmurdereli Sənət Akademiyasında
pulsuz aktyorluq təhsili almaq imkanı əldə edəcək.
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var