Abbas Bağırov köməkçisinin həbs olunma xəbərindən DANIŞDI - AÇIQLAMA
Bizi izləyin

Magazin1

Abbas Bağırov köməkçisinin həbs olunma xəbərindən DANIŞDI - AÇIQLAMA

Abbas Bağırovun keçmiş köməkçisi Mehrəliyev Orxan Bayram oğlunun müğənninin mülkünü ələ keçirməsi barədə xəbər yayılıb.

Oxu.az-ın xəbərinə görə, külli miqdarda dələduzluqda təqsirli bilinən O.Mehrəliyevin müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirdiyi iddia edilib.

Məsələni ilə bağlı A.Bağırovla əlaqə saxladıq.

Publika.az-a danışan sənətçi yayılan xəbərlərin yalan olduğunu bildirdi:

“Orxan Mirəliyevin keçmiş köməkçim olduğu doğrudur, lakin mülkümü ələ keçirməsi ilə bağlı yazılanlar yanlışdır. Yalan yazıblar, heç kim heç bir mülkümü ələ keçirməyib. Hüquq-mühafizə orqanlarına müraciət etməmişəm. Hesab edirəm ki, məlumatı yayan şəxs xəbəri ilk növbədə mənimlə dəqiqləşdirməli idi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm