Elnarə Röyanı "TOPA TUTDU": “Əgər oxuya bilirsinizsə...” - QALMAQAL
Bizi izləyin

Magazin1

Elnarə Röyanı "TOPA TUTDU": “Əgər oxuya bilirsinizsə...” - QALMAQAL

“Bundan sonra mənim əvəzimə mahnılarım danışacaq. Konserti hamı verə bilər. Amma konsertdə hər kəs canlı olaraq bu cür çətin romans oxuya bilməz. Səhnədə söhbət edənlərə deyil, konsert verənlərədir sözüm".

Publika.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova instaqramda yazıb. O, musiqisi Tofiq Quliyevə, sözləri isə Əfzələddin Xaqaniyə aid olan "Bəxtəvər oldu" romansı sosial şəbəkədə paylaşaraq "Bacarığınız və qabiliyyətiniz çatırsa, çox demirəm, bircə dənə bu cür çətin romans daxil edin repertuarınıza və onu səhnədə canlı oxuyun. Əgər oxuya bilirsinizsə... Hamıya uğurlar!”, - deyə qeyd edib.

Elnarə Xəlilova bu sözləri ilə Murad Arifin “Popumuz var” verilişində haqqında “Onun harasısa ağrıyır, Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”, - deyən Röya Ayxana ismarış yollayıb. Bununla da müğənnilər arasında sakitləşən soyuq müharibə yenidən alovlanıb.

Xatırladaq ki, Əməkdar artist Röya Ayxan Murad Arifin proqramında həmkarı Elnarə Xəlilova haqda sərt fikirlər səsləndirib. O, mahnısını plagiat adlandıran Elnarəyə belə cavab verib:

“Onun harasısa ağrıyır. Elnarəni yaxşı bir “UZİ”yə göstərməliyik. Özü də çox istəyirəm. O da bundan həzz alır, qoy eləsin. Evdə demişəm, aparat sifariş vermişəm”.

Röya aparıcının “W Trio”nun 20 illiyinə necə hazırlaşırsınız” sualını belə cavablayıb:

“Natavanla birlikdə konsert verərik, Elnarə də gəlib baxar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm