Türkiyədə çalışan azərbaycanlı aktrisanı döymək istədilər
Bizi izləyin

Magazin1

Türkiyədə çalışan azərbaycanlı aktrisanı döymək istədilər

Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova hədəyə məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə Əməkdar artist instaqram hesabında məlumat verib. O, instaqramda izləyicisinin hesabını paylaşaraq təhdid olunduğunu qeyd edib:

“Bu dəfə tamamilə başqa bir şey paylaşacam. Uzun illərdir ki, Azərbaycandan uzaqda olsam da, əsas məqsədim görkəmli yazıçılarımızın əsərlərinin teatrda tanıdılması olub. Bunun üçün əlimdən nə gəlirsə, edirəm. Bu profildəki əxlaqsız kimdirsə Azərbaycan qadınının ləyaqətini, namusunu və əxlaqını heçə sayaraq günlərdir ki, mənə əxlaqsız mesajlar yollayır. Məni döyməklə hədələyir. Mənə yaraşmayacaq dərəcədə ona cavab verməyə çalışdım, amma sakitləşmir. Lazımi yerlərə şikayət edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm