Aynişan Quliyeva xoşbəxtliyin SİRRİNİ AÇDI: “Camaata işgəncə verməyin”
Bizi izləyin

Magazin1

Aynişan Quliyeva xoşbəxtliyin SİRRİNİ AÇDI: “Camaata işgəncə verməyin”

“Neçə vaxtdır bu statusu yazmaq istəyirdim, amma unudurdum. Demək istəyirəm ki, bir az tək gəzin, özünüzlə zaman keçirin. Misal üçün gedin bulvara, hava alın, musiqi də dinləyə bilərsiniz, amma lütfən yalnız pozitiv sözləri olan. Sevdiyiniz kafeyə gedib, sevdiyiniz yeməyi yemək üçün bir-bir bütün rəfiqələrinizə zəng etməyin, gedin tək yeyin. Alış-verişə də tək gedin, heç kimi bezdirməyin, sizinlə şopinqdən yorulmayan varsa, onda olar, amma yoxdursa, camaata işgəncə verməyin.

Gedin dənizkənarı hər hansı ucuz bir kafedə oturun, çay və ya qəhvə sifariş edin, bir tərəfdən sifarişinizin qoxusu, digər tərəfdən də dənizin neft ətri gəlsin. Siz də o arada kitab oxuyun. Maariflənin, misal üçün”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva instaqramda yazıb. Xoşbəxtliyin sirrini izləyiciləri ilə bölüşən Aynişan hesab edir ki, insan ilk növbədə özünü olduğu kimi qəbul etməli və sevməlidir:

“Sözümün canı ondadır ki, özünüz özünüzlə xoşbəxt olun! Özünüzlə harmoniyada olun. Sevgini yetişdirin daxilinizdə. Hansısa qarşı cinsi təkcə nəzərdə tutmuram, bütün var olan hər şeyə sevgi verin. Siz özünüzlə xoşbəxt ola bilməsəniz, inanın sizinlə heç kim xoşbəxt olmayacaq. Sevin özünüzü, özünüzlə zaman keçirməyi. Kimisə gözləməyin ki, gəlib sizi xoşbəxt edəcək. Xoşbəxt olsanız, sizi xoşbəxt edə biləcək hər şey gəlib sizi tapacaq!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm