Röyadan icra başçılarına MÜRACİƏT: “Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir” - FOTO
Bizi izləyin

Magazin1

Röyadan icra başçılarına MÜRACİƏT: “Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir” - FOTO

"Mərdcəsinə kömək istəyən insanlardan xoşum gəlir. Videonu izləyərkən qadının danışıqlarını sevdim, qərara aldım ki, onunla görüşüm. Təəssüratlarım böyük və gözəldir. Qazaxa getdik, Əsmər xanıma dedim ki, iki oğul böyütmüsən, biri əsgərdir, digəri şəhid".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürməsi barədə verdiyi açıqlamada deyib.

"Bizə əsas odur ki, xanımın o şəraitdə yaşamasına icazə verməyək. İnanırsınız, evin döşəməsi yoxdur, palçığın içində yaşayır. Gücüm çatan hər şeyi öhdəliyimə götürdüm. Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışığını təmin edə bilir. Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndində yaşayan 75 yaşlı Əsmər Cəfərovanın vəziyyəti, bloger Tural Yusiflinin yaydığı videodan sonra sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm