Azərbaycanlı məşhurlardan 20 Yanvarla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR
Bizi izləyin

Magazin1

Azərbaycanlı məşhurlardan 20 Yanvarla bağlı ÜRƏKDAĞLAYAN SÖZLƏR

Azərbaycanda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən 20 Yanvar faciəsindən 30 il keçir.

Teleqraf.com incəsənət nümayəndələrinin faciə haqqında fikirlərini təqdim edir:

Xalq artisti Faiq Ağayev: “18 yaşım var idi və hər şeyi mükəmməl xatırlayıram. Evimiz “Salyan kazarması”nın yanında idi. Böyük qardaşım ilə evdə idim. Qoşunların şəhərə girməsi haqqında şayiələr yayılmışdı.

Ancaq sovet ordusunun insanlara atəş açacağına inana bilmirdik.

Kütlə arasında çoxlu sayda təxribatçı var idi və onlar şayiələr yayırdılar ki, “İran sərbazları” və “Türk əsgərləri” ölkəmizə gələcək, tankların və hərbi personalın üzərinə ağac və daşlar atmaq lazımdır.

Bir il sonra bu təxribatçılar hakimiyyətə gəldilər və çox yüksək vəzifələr tutdular. Lakin onlar qoşunların öz qanlı yürüşünə başlamasına yarım saat qalmış isə “buxarlandılar”.

Atışma başladı, insanlar, o cümlədən qardaşım və mən qaçmağa başladıq. Çox qorxunc idi, çünki bizim nəsil müharibənin nə olduğunu bilmirdi. Ertəsi gün bir tank silahının lüləsi pəncərəmiz baxırdı.

Səhər atam və mən çörək üçün “Salyan kazarması”, “Xəzər” kinoteatrı, “Kaspar” xəstəxanası və “Olimp” mağazası istiqamətində getdik.

Tankın əzdiyi təcili yardım maşını, asfalt üzərində çoxlu qan ləkələri gördük.

Qar yağırdı və buna görə 20 Yanvar gecəsində yaşanan bu dəhşətli vəhşiliyin izlərini ayırd etmək qeyri-mümkün idi. Bütün evlərdə şüşələr qırılıb, divarlar güllə ilə deşilmişdi.

Sonra dəfnlər başladı. Çoxlu sayda cəsədin olduğu və onların bir hissəsinin Xəzər dənizinə atıldığı barədə şayiələr var idi.

Bu qədər illərdən sonra bu barədə danışmaq çox çətindir. Yaddaşa dəhşətli bir faciə gəlir. Sanki bütün bunlar dünən idi...”.

Xalq artisti Aygün Kazımova: “20 Yanvar təkcə matəm günü deyil, həm də xalqımızın şərəf səhifəsidir. Azərbaycanımızın azadlığı yolunda canından keçənləri dərin ehtiram və minnətdarlıqla anırıq!”

Əməkdar artist Aybəniz Haşımova: “90-cı illərdə saqqal saxlamaq dəb deyildi. Azərbaycanın qəhrəmanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Xalid Quliyev, məhz 20 Yanvar şəhidlərinin yasını tutub bu şəkli çəkdirərkən.

Baxmayaraq ki, bu şəkil çəkilən zaman məni və qardaşını dostunun toyuna aparmışdı. Nə qədər israr etsəm də o gün toya belə getdi. Onu düz deyirlər, niyyətin hara, mənzilin ora. Hər dəfə bu şəkilə baxanda adamın ürəyi param-parça olur. O dövrün oğlanları başqalarından ötrü canlarını fəda edirdilər. Necə ki, etdi Qarabağ şəhidi Xalid Quliyev. Ən dəhşətlisi də o idi ki, mənə ilk sevgisini də məhz şəhidlərin qırxıncı günündə demişdi. Sanki özü hər şeyi bilirdi. Ən ağrılısı isə o idi ki, hazırda özü mənə göstərdiyi Şəhidlər Xiyabanında, üçüncü sırada uyuyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri behişt olsun”.

İş xanımı Ruhi Əliyeva: “20 Yanvar... Yaddaşımıza qanlı hərflərlə yazılan tarixdən 30 il ötür. Neçə-neçə günahsız insanların qətlə yetirildiyi dəhşətli tarix. 40-50-60 il belə keçsə belə yaramız heç vaxt sağalmayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm