Aynişan Quliyeva qayınanasından yazdı: Kaş ki...
Bizi izləyin

Magazin1

Aynişan Quliyeva qayınanasından yazdı: Kaş ki...

Bir müddət əvvəl təntənəli toyla gəlin köçən Aynişan Quliyeva qayınanası haqqında danışıb.

Publika.az xəbər verir ki, Aynişan instaqram hesabında izləyiciləri üçün sual-cavab postu açıb.

İzləyicilərin ünvanladığı "qayınananızla yaşayırsınız, yoxsa ayrı?" sualı onu qəzəbləndirib. Aynişan son günlər tez-tez qarşılaşdığı bu suala sərt reaksiya göstərərək açıqlama verib:

"Bu sualı o qədər insan yazıb... O qədər... Mənim anlamadığım bilirsiniz nədir? Niyə məhz qayınananı vurğulayırsınız? Əgər söhbət ailə içində yaşamaqdan gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər... Niyə sadəcə qayınananı soruşursunuz? Niyə bu qədər önyarqılısınız? Niyə qayınana ilə yaşamağı faciə kimi qəbul edirsiniz? Kaş ki, qayınanam ilə yaşayardım... Qızıl kimi insandır. Çox sevirəm, hədsiz çox. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı? Kaş ki, hər insan gəlinini onun qədər sevə!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm