Daha bir məşhur azərbaycanlı boşandı - FOTO
Bizi izləyin

Magazin1

Daha bir məşhur azərbaycanlı boşandı - FOTO

Tanınmış müğənni, bir neçə il əvvəl Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva boşanıb.

Publika.az xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat yayıb.

“Mən ciddi adət- ənənələrin olduğu ailədə böyümüşəm, qurduğum öz ailəm mənim üçün hər şeydən öndə gəlir. Tamamilə öz ailəmə bağlı olmuşam, bu mənim üçün ən böyük xoşbəxtlik idi. Təəssüflər olsun ki, anlaşılmazlıqlar ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi və gələcəyi bizim hər birimiz üçün hər şeydən önəmlidi.

Öncədən məni sevən və dəstək verən hər kəsə təşəkkür edirəm. KİV nümayəndələrindən xahiş edirəm ki, bu çətin vaxtda bizi incitməyəsiz, bu mövzu haqqında mənim ilk və son şərhimdi. Hər birinizə xoş arzular diləyirəm”, deyə, o qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycanın Xalq artisti Emin Ağalarov da boşanması barədə məlumat vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm