Əməkdar artistin səhhətində ciddi problemlər yarandı: “Son bir həftədə yaşadığım anlar...”
Bizi izləyin

Magazin1

Əməkdar artistin səhhətində ciddi problemlər yarandı: “Son bir həftədə yaşadığım anlar...”

“Hamınıza dünyanın ən böyük gülüşünü arzu edirəm Allahdan. Həmişə gülün, sevinin, ən xırda bir şey belə qoy sizi sevindirsin. Sən demə, ondan gözəl heç nə yox imiş... Mən bunu tam bu yaşadığımız bir həftədə anladım... Sağlam olun, onun qədər insanın köməyinə çatan bir tək Allahdır”.

Publika.az xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl səhhəti pisləşən Əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. Qızıl yel xəstəliyindən əziyyət çəkən məşhur onu sevib narahat olan hər kəsə öz təşəkkürünü bildirib:

“Bilirdim ki, məni sevənlərin sevgisi yalan deyil... Amma bu qədərini bilmirdim... Bu qədərini ağlıma belə gətirməzdim... Dünən çox sevdiyim Azər Süleymanlı deyir ki, doğma doğmaya sevgiyə görə təşəkkür etməz. Bu borcumuzdur... Amma yox, əzizim Azər. Mən bu təşəkkürü etməsəm, rahatlaşmaram... Son bu bir həftədə yaşadığım anları Allahım heç kimə yaşatmasın. Nə çəkdim onu bir Allah bildi, bir də yanımda mənimlə bərabər buna sinə gələnlər... Hansı ki, hələdə mübarizədəyik. Nigaran qalan əziz dostlara demək istəyirəm ki, uzaqdasınız zənn edirsiniz ki, əliniz çatmır, amma bilin ki, dualarınız Allaha daha tez çatdı və çatır. Çox sağ olun və çox yaxın günlərdə inşallah görüşmək ümidi ilə sizi sevirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm