Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO
Bizi izləyin

Magazin1

Bəhram Bağırzadənin ölüm xəbəri ilə bağlı AÇIQLAMA - VİDEO

Video əlavə olunub.

xxx

Əməkdar artist Cabir İmanov "Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib.

Publika.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək yayılan informasiyalara inanmamağı məsləhət görüb: “Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı bloggerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin".

Qeyd edək ki, ağciyərləri zədələnən Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm