"Biz Medvedeva ilə yalnız dostuq..." - Azərbaycanlı aktyor
Bizi izləyin

Magazin1

"Biz Medvedeva ilə yalnız dostuq..." - Azərbaycanlı aktyor

Rusiyada yaşayan azərbaycanlı aktyor Anar Xəlilov fiqurlu konkisürən Yevgeniya Medvedeva ilə sevgili olduğuna dair şayiələri təkzib edib.

Publika.az bunu Rusiya mətbuatına istinadla xəbər verir.

Anar Xəlilov mətbuata müsahibəsində bildirib ki, Yevgeniya Medvedeva ilə onu yalnız dostluq bağlayır.

“Biz sadəcə dostuq. O, superdir. Biz gülməli dostlarıq. Mənim kimi işgüzar olan insanları sevirəm və onlara böyük hörmət edirəm. Amma ikimiz də çox işlədiyimiz üçün tez-tez görüşə bilmirik”- aktyor qeyd edib.

Aktyor həmçinin bildirib ki, boş vaxt tapmadığı üçün idman növləri ilə məşğul olmur. Tamamilə karyerasına köklənib və şəxsi həyatı ilə bağlı planlar qurmur.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Anar Xəlilov Şukin adına Teatr İnstitutunun məzunudur. Rusiyanın Xalq artisti Lüdmila Maksakovanın tələbəsi olan aktyor rejissor İlqar Safatın "İçəri şəhər" filmində çəkilib.

Xəlilov Rusiya tamaşaçısına 2019-cu ildə "Qonaqlar" adlı qorxu filmindəki rolu ilə tanışdır. Onu daha geniş kütləyə isə 2021-ci ildə baş rolda yer aldığı “Eterna: Birinci hissə” fantastik serialı tanıdıb.

(teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm