Məşhurdan SƏRT SÖZLƏR: “Kuklalar” bu ölkədə bir vaqondur!” - FOTO
Bizi izləyin

Magazin1

Məşhurdan SƏRT SÖZLƏR: “Kuklalar” bu ölkədə bir vaqondur!” - FOTO

Yeni dəbə düşmüş mentorlar, həyat kouçlar, psixoloqlar olduqca boş adamları "Sən möhtəşəmsən! Özünə inan! Səndə alınacaq! Sən bacararsan! Ürəkli ol!" deyib qaza gətirir.

Publika.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Son illərdə dəbə minən həyat koçları, psixoloqları ifşa edən sənətçi onların insanlara verdiri motivasiyanın saxta olduğunu irəli sürüb:

"İnsanların içini doldurun öncə: Elm, təhsil, mənəviyyat, tərbiyə və sair. Dəyərlərdən yoxsul, amma şöhrətli "kukla"lar, məşhur sifətlər bu ölkədə bir vaqondur. Doğru yol göstərin. Adamlar bir az əziyyət çəksin, çox işləsinlər, öyrənsinlər, yetişsinlər, özlərini yaratsınlar, mahiyyət qazansınlar.

Bunu oxuyan, əziz, gənc dostlarım, məqsədiniz özgüvənli, məşhur və varlı olmaqdırsa, bunlar rəqabət stresi, itirmək qorxusu və məyusluq gətirir. Ən doğru məqsəd faydalı, gərəkli və lazımlı ola bilməkdir. Düşünün".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm