Magazin1
49 yaşlı məşhur bir günlük gəlin oldu - FOTO
Dünən Nyu-Yorkdakı metropoliten muzeyində səbirsizliklə gözlənilən "Met Gala" kostyum şousu baş tutub.
Publika.az xəbər verir ki, əfsanəvi dizayner Karl Legerfeldə həsr olunmuş gecədə 49 yaşlı aktrisa Penelopa Kruz da olub. Qalanın aparıcılarından biri olan aktrisa şahzadə gəlin obrazına bürünüb. Penelopa Kruz qalada möhtəşəm görünüşü ilə hər kəsi heyrətləndirib. Kino ulduzu gəlinlikdən ilhamlanmış obrazı ilə tamaşaçıları ovsunlayıb.
Yeri gəlmişkən, bu, 1998-ci ilin yaz-yay kolleksiyasına aid olan vintaj bir parçadır, ipəkdən hazırlanmış paltarın hər tərəfində gümüş aplikasiyaların detalları ilə bəzədilib.
Saçlarını ortadan ayıran məşhurun duvağı onun gözəlliyini bir daha vurğulayıb. O, obrazını gümüşü platformalı ayaqqabı və üzüklə tamamlayıb. Bir sözlə, Penelopa Kruzun paltarı "Met Gala 2023"-də ən çox danışılanlardan biri olub.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO