Günel yeni həyatından yazdı: "Az maaşla burada mövcud olmağın mənası yoxdur"
Bizi izləyin

Magazin1

Günel yeni həyatından yazdı: "Az maaşla burada mövcud olmağın mənası yoxdur"

Nyu Yorkda yaşamaq möhtəşəmdir. Tayı bərabəri yoxdur. Demirəm yaşamaq üçün ən yaxşı şəhərdir, yox. Amma o fərqlidir, çox özünəməxsusdur. Bir də baxır sizin “yaxşı”nız nədir. Yüzlərlə müxtəlif millətlərin, etnosların mədəniyyətləri ilə tanış olub yeməklərindən dada bilirsən burada. İkinci belə şəhər tanımıram!.. Harada ki, “China town”, düz yanında “Little İtaly”, bir az yuxarısında “K town- Korean Town”, bir az aşağısında “ Little Paris”, "all the way Brooklyin’də keçmiş Sovet xalqlarının yaşadığı və kök saldığı community, yanında “Little Odessa”, “Little Poland”, “Little Australia”, Queens’də “Little India”sı, və s və ilaxır. Say, say bitməz! Bundan möhtəşm təcrübə?? Yüzlərlə fərqli dildə danışan insanlarla eyni şəhərdə yaşamaq və onların mədəniyyətlərinə toxuna bilmək mənim üçün əvəzolunmaz zənginlikdir!

Publika.az xəbər verir ki, bu sözləri Amerikaya köçən eks-aparıcı Günel Hümbətova yazıb. O bildirib ki, Azərbaycanda qazandığı məşhurluğu qoyub Amerikada sıfırdan yeni bir həyata başladığı üçün peşman deyil:

"Sevirəm bu şəhəri. NY məni doğurdan ovsunlayıb bu xüsusiyyəti ilə! Bəli, bahadır, bəli bir çox küçəsi zibillidir və çox sıxdır, amma bu mənfiləri gözümə heç batmadı bu illər ərzində. Bu şəhərdə yaşamağa alışmış mən, heç təsəvvür edə bilmirəm başqa şəhərdə yaşamağı.

Bu şəhərdə, sözün əsl mənasında yaşamaq və sənə sunduğu şeyləri dadıb təcrübə edə bilmək üçün çox pul qazanmalısan. Bu bir faktdır. Yoxsa, az maaşla burada mövcud olmağın bir mənası yoxdur deyə düşünürəm.
Bir də baxır sənin həyatdan istədiklərinə və məqsədlərinə. Əgər böyük maşınlar və böyük villaya sahib olmaqdırsa məqsədin, bura sənin şəhərin deyil. Yox, əgər balaca evlərdə yaşayıb, amma yuxarıda sadladıqlarımı və daha artığını təcrübə edib ömrünü bu cür sürmək istəyirsənsə, bura sənin yerindir", - yekunda G.Hümbətova vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm