Magazin1
"Məhəllə 2 Moskvada" filmindəki "Lenin" kimdir? - İllər sonra açıqladı - VİDEO

İnstaqramdan aktiv istifadə edən Əməkdar artist Rafael İsgəndərov bu dəfə də maraqlı paylaşımı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, aktyor illər əvvəl Rusiyanın paytaxtında lentə alınan "Məhəllə 2 Moskvada" filminin çəkildiyi meydanda olub.
İsgəndərov komediya janrlı filmlə bağlı bəzi maraqlı məqamları açıqlayıb:
"2005-ci ildə "Məhəllə 2 Moskvada" filminin bir epizodu da bax bu görüdüyünüz meydanda çəkilib. Buradan adama o qədər xoş xatirələr qalıb ki...
"Bəs mənə niyə demirsiniz ki, Lenin ölüb" məşhur ifadəsinin çəkildiyi mavzoley... Bir çox tamaşaçılar elə bilir ki, biz o səhnəni içəridə çəkmişik. Amma elə deyil. O səhnə çöldə çəkilib".
Əməkdar artist ekran işində "Lenin" obrazını canlandıran şəxsin aktyor olmadığını, onun M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında liftdə çalışan şəxs olduğunu açıqlayıb.
Xatırladaq ki, "Məhəllə 2 Moskvada" 2004-cü ildə Sülü Çöl-Qalalı tərəfindən çəkilən komediya və macəra filmidir. Ekran işi dahi sənətkar, səhnəmizin korifeyi, Xalq artisti Nəsibə xanım Zeynalovanın əziz xatirəsinə həsr olunub.
Filmdə "Xaç atası 3", "Anakonda" filmlərindən, "Deep Purple", "Venus" qruplarının, Lou Beqa, R.Kellynin və Roy Orbisonun repertuarlarından istifadə olunub.
View this post on Instagram
Maraq dünyası19:51Mask türkcə bilən işçi axtarır - Maaşı...
Nida Xəbər 19:26Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
Hadisə19:14SDU-nun müəllimi vəfat etdi
Nida Xəbər 18:34Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
Nida Xəbər 17:28Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
Qarabağ 16:56Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
Nida Xəbər 16:42“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
Nida Təhlil 16:16Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH