Magazin1
"Tünzalənin kim olduğunu nişanlandıqdan sonra bildim"
"Hər zaman sənətini öndə tuturdu. Biz əvvəl tanış olduğumuz zaman mənə bir söz demişdi, "Sənətim sənə mane törədər?" Nişanlandıqdan sonra Tünzalə Əliyevanın kim olduğu bildim".
Publika.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkədə yazıb:
"Rəbbim şahidimdir ki, mən o günə kimi Tünzalənin belə adlı-şanlı olmasını bilmirdim. Çünki televizora baxan deyildim. Amma onu "Toppuş bacı" kimi tanıyırdım. Ailə qurduq və mənə dedi ki, “bircə sən desən sənətdən get o zamam gedərəm. Yoxsa əsla sənətimi tərk etmərəm”. Daim oynadığı tamaşalardan, çəkildiyi seriallardan, filmlərdən danışırdı.
Oynadığı rolları izləyir və öz səhvlərini axtarırdı. Tünzalə səsi batdığı gün mənə söylədi ki, “səhnəsiz ne edəcəyəm, ölərəm səhnəsiz”. Mən isə ona "Düzələcək səsin, narahat olma" deyirdim. "Səs və qulaq qüsurlu insanlar üçün səhnə quracağam" dedi və bu dünyada ömrü çatmadı ki, düşüncələrini reallaşdırsın.
Əvvəlcə Rəbbimə, sonra sənə qovuşacağım günü gözləyirəm".
Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. Onun Zəhra adlı bir qız övladı var. (axşam.az)
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi
-
Ekologiya08:25
COP29-da 1-ci gün! - VİDEO
-
Magazin206:16
Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi
-
ABŞ04:50
Portağal şirəsi almaq üçün marketə getdi, 250 min dollar qazandı