Magazin1
Zarina necə "narkoman" oldu? - VİDEO
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.
Publika.az xəbər verir ki, verilişin budəfəki qonağı aktrisa Zarina Qurbanova olub.
Aktrisa ona məşhurluq qazandıran “Komedixana” layihəsindən, atası ilə münasibətindən, canlandırdığı “Narkoman” obrazından, botoks etdirən kişilərdən danışıb.
O, qazandığı uğurların səbəbinin atasının diqqətini çəkmək olduğunu deyib:
“Uğurumu atama borcluyam. Bütün etdiklərim, öz ayaqlarım üzərində dayanma səbəbim atamın bir dəfə də olsun məni qucaqlayıb, “yaxşı ki sən mənim qızımsan” deməyini istəməyim idi. Atam olub, amma olmayıb.
Atalığı ancaq anamda görmüşəm. Amma atamı artıq bağışlamışam”.Z.Qurbanova “Narkoman” obrazını rahatlıqla canlandırmasının səbəbinə də aydınlıq gətirib:
“Atam hərbçi olub. Ona görə də çox ölkə, şəhər, məktəb dəyişmişəm. Güclü müşahidəçi olmuşam. Elə məhəllələrdə yaşamışam ki, uşaqlıqdan narkomanları görmüşəm. Həyat elə gətirdi ki, ən yaxınım narkomaniyadan əziyyət çəkməyə başladı və mən hər an onun yanında oldum. Həmin hisslərin necə ağır olduğunu bilirəm”.
-
Magazin103:35
O mahnıları məndən istəsələr də, oxumaram - Üzeyir Mehdizadə
-
İdman02:43
Kim deyir ki, Messi məndən yaxşıdır? – Ronaldo bu sualı verdi və... - VİDEO
-
Qoroskop01:10
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Hadisə00:35
Azərbaycanda nazirlik əməkdaşı intihar etdi
-
Nida Xəbər 00:15
Mehriban Əliyevadan Prezidentin doğum günü ilə bağlı PAYLAŞIM
-
Kriminal23 Dekabr 23:05
Azərbaycanda əxlaqsızlığı təbliğ edən tiktokerlər saxlanıldı - Foto
-
Magazin223 Dekabr 22:15
Haluk Levent xəstəxanalıq oldu
-
Hadisə23 Dekabr 22:07
Bakıda uçqun oldu - Ölən var