Aynişanın sevgi münasibətləri: "Bu mənim enerjimi bloklayır"
Bizi izləyin

Magazin1

Aynişanın sevgi münasibətləri: "Bu mənim enerjimi bloklayır"

Unutmaq üçün nəsə etməyə ehtiyac yoxdur. Ürəyimizdə qalmağa layiq olmayan hər kəs zamanla unudulur. Bunun üçün xüsusi bir çaba lazım deyil.

Publika.az xəbər verir ki, bu sözləri influenser Aynişan Quliyeva instaqramda izləyicisinin "Ayrıldığımız insanı unutmaq üçün nə edək" sualına cavab verərkən deyib. Xəyal qırıqlıqlarından söz açan influenser sözlərinə belə davam edib:

"Həmişə deyirəm, müddət çox önəm daşımır. Nə yaşadığınız önəm daşıyır. O insanla müxtəlif vəziyyətlərə düşməsən bilməyəcəksən, tanımayacaqsan. İnsan var 10 ildi bərabərdir, amma bir-birini tanımır. Situasiyalar göstərir əsl üzünü insanın".

Aynişan daha sonra "Nəyi özünüzə bağışlamamısınız?" və "Bu həyatda öyrəndiyiniz ən böyük şey?" suallarına öz münasibətini bildirib:

"Çalışıram özümü bağışlayım. Çünkü özümdən küsəndə, dünyadan küsürəm. Hər dəfə insanlardan yanılanda, ilk özümə əsəbləşirəm, dalaşıram özümlə. Amma bu mənim enerjimi bloklayır. Ona görə də dərsimi alıb, bağışlayıram özümü. Tam öyrənməmişəm, amma anlamışam ki, insanları özüm kimi bilməməliyəm. İnsanlar fərqlidir... elə maraq da bundadır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm