Aygün Kazımova hamam paltarı ilə küçəyə qaçdı - YANĞIN - VİDEO
Bizi izləyin

Magazin1

Aygün Kazımova hamam paltarı ilə küçəyə qaçdı - YANĞIN - VİDEO

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova bu gün Almaniyada konsert proqramı ilə çıxış edəcək.

Publika.az xəbər verir ki, artist dünən artıq öz heyəti ilə Almaniyaya çatsa da, səhər tezdən ulduzun qaldığı oteldə yanğın çıxıb. Bu səbəbdən sənətçi və komandası, həmçinin digər insanlar oteldən təxliyə olunub.

Xalq artisti soyuq havada küçəyə hamam xalatında çıxmaq məcburiyyətində qalıb. Sonradan məlum olub ki, səhv siqnal verilib. Bu barədə sənətçinin mətbuat xadimi Ruslan Ağayev məlumat verib.

"Narahat olmayın, deyəsən, yanlış siqnal idi. Hər şey qaydasındadır, artıq oteldədir", - Ruslan Ağayev qeyd edib.

Xatırladaq ki, Xalq artisti bu gün Bergkamendə səhnəyə çıxacaq. Belə ki, Avropada yaşayan azərbaycanlılar arasında sorğu keçirilib və ən çox istənilən müğənni məhz Kazımova olub. Pop diva tədbirdə hit mahnılarını xaricdə yaşayan həmyerlilərimiz və gecənin qonaqları üçün səsləndirəcək. Tədbirin aparıcılığını Afaq Gəncəli edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm