Magazin1
Xalq artistindən qalmaqallı çıxış: "Bütün "qoca qurdlara" rəğmən ..."
Allah sizi paxıl, gözü doymayan, cavanlara qənim kəsilən "qoca qurdlar"dan qorusun, gənclər.
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial mediada yazıb. 2 Fevral Azərbaycan Gənclər Günü ilə bağlı gəncləri təbrik edən sənətçinin sözləri gündəm yaradıb.
"Uğura doğru gedən yolunuzda süni maneələr olmasın! Arzularınız çin olsun, bayramınız mübarək! 30 il öncə 22 yaşım var idi. Və bütün "qoca qurdlara" rəğmən hədəfimə çatdım", - sənətçi qeyd edib.
Qeyd edək ki, 1997-ci ildən etibarən 2 Fevral MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra - 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub.
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA
-
MDB11:24
Putinin hamıdan gizlətdiyi qaranlıq sirri üzə çıxdı: bu ölkədə saxlanır - FOTOLAR
-
Yaxın Şərq10:54
Bəşər Əsəd çıxılmaz vəziyyətdə: Türkiyə ilə təmas axtarmağa başladı
-
Dünya10:06
Suriyada vəziyyət dəyişir: gərginlik pik həddədir - ABŞ bu iki ölkəni ittiham etdi
-
Maraq dünyası09:18
Yaşlandıqca, daha da gözəlləşən bürc
-
Ekologiya07:17
Duman, leysan, qar... - Bu günün HAVASI
-
Magazin205:15
Məşhur aktrisa da azərbaycanlı imiş... - VİDEO
-
Sosial04:44
“Mərhəmətinizə görə sizə minnətdaram” - FOTO