13 qadına təcavüz etməkdə ittiham olunan məşhurla bağlı yeni qalmaqal
Bizi izləyin

Magazin1

13 qadına təcavüz etməkdə ittiham olunan məşhurla bağlı yeni qalmaqal

Parisdə aktyor Jerar Depardye yenidən cinsi qısnamada ittiham olunub.

Publika.az xəbər verir ki, bu barədə “Ouest France” qəzeti sənətçinin vəkilinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, rejissor Jan-Pyer Mokinin adının açıqlanmasını istəməyən keçmiş köməkçisi yanvarın 8-də aktyoru şikayət edib. Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Onun sözlərinə görə, Depardye ona nalayiq şəkildə toxunub və nalayiq ifadələr işlədib.

Jerar Depardye əvvəllər də zorlama və ya cinsi təcavüzdə ittiham olunub. 2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini demişdi.

O, bildirib ki, Depardyenin evinə "qeyri-rəsmi şəraitdə məşqlər" üçün gəlib.

Depardyenin özü açıq məktub yazaraq Arnonun özünün onun evinə gəldiyini və “öz istəyi ilə yataq otağına getdiyini” söyləyib. Depardyeyə qarşı cinayət işi açılsa da, sonradan bağlanıb.

Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biridir. 2023-cü ilin aprelində Fransanın Mediapart portalı onların ifadələri əsasında araşdırma dərc edib. Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm