“Vəfanın əri məni ölümlə hədələyir” - VİDEO
Bizi izləyin

Magazin1

“Vəfanın əri məni ölümlə hədələyir” - VİDEO

Müğənni Afət Fərmanqızı "Dağlar oğlu" mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib.

Publika.az xəbər verir ki, müğənni "Moderator.az"a açıqlamasında bildirib ki, mahnısını Ayaza dəstək olmaq üçün oxuyub.

"Mənimlə işləyən Əli Gəncəli mənə dedi ki, bir nəfər tanışım 1 ildən çoxdur ki, "Dağlar oğlu" adlı mahnı oxuyub. Onu tanıyan yoxdur. Ona görə də Vəfa Şərifova bu mahnını icazəsiz oxuyub. Mən də Vəfaya zəng edib dedim ki, bilirəm mahnıya gözün düşüb, sən onunla duet oxusan daha yaxşı olar. Vəfa dedi ki, mən elələri ilə duet oxumuram, özün oxu də. Duet oxumaq fikrim olmasa da, təkidlərdən sonra oxudum. Və əziyyətim yerdə qalmasın deyə, məşhur adamların köməyi ilə “İnstagram”da paylaşdım. Bununla da mahnı tanındı və gündəm yaratdı. Bundan sonra Vəfa mənimlə “düşmən” oldu. Mahnın əsl sahibi Ayaz tez-tez mənə şikayət edirdi ki, Vəfa məni saymır, mahnını “TikTok”a qoyur. Mən də ona deyirdim ki, 5 min al qoy oxusun. Dedi ki, "100 min də versə, mən kişiyəm, mahnını Vəfaya vermərəm". Sən demə o Vəfadan 4 min alıb mahnını ona verir, mənə də bildirmir. Mən də Vəfaya deyirəm ki, niyə belə hörmətsizlik edirsən?! Məlum olur ki, Ayaz mənim vasitəmlə Vəfanı qısqandırır. Yəni mənim vasitəmlə Vəfadan pul almaq üçün bu üsuldan istifadə edir. Sonra yoldaşıma yazır ki, "Vəfanın əri məni ölümlə hədələyir". Mənə və yoldaşıma yazdığı mesajlar da əlimdədir, sizə təqdim edəcəyəm. O elə bilir ki, canını qurtaracaq, deyəcək ki, o mesajları Afət özü-özünə yazıb. Ekspertiza var, yazışmalar var, səsləri var. Deyirdi ki, mahnını sənə halal edirəm, onlar oxusa ruhum rahat olmaz. Yoldaşım onun ikiüzlü olduğunu biləndən sonra ona deyib ki, sən nə axmaq adamsan?! Bizi niyə bu oyunun içinə salmısan?! O da yoldaşımın ünvanına təhqiramiz ifadələr işlədib", - deyə o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm