Nazpəri: “500 manat verirsən...”
Bizi izləyin

Magazin1

Nazpəri: “500 manat verirsən...”

“Bir axındır gəlir. Bu sənəti, işi bilməyənlər, hamı əlinə mikrofon alıb səhnəyə qaçır. Doğrudur, sənətkarlar efirə çıxanda Azərbaycan musiqisini olduğu kimi təqdim edirlər. Amma günah bizdədir. Çünki gec-gec çıxırıq, ona görə də meydan qalıb uşaq-muşağa. Onlar gənclərimizdir, oxusunlar. Deməsinlər ki, Nazpəri bizə imkan vermir. Əksinə, hər zaman dəstək olmuşam”.

Publika.az "Axşam.az"a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva verilişlərin birində qonaq olarkən deyib.

O, pul müqabilində “YouTube”da trendə düşənləri pisləyib:

“Gənclər bu gün yeni bir yol seçibər, çox qəribədir. Çıxıb deyirlər ki, “trend olduq”. Mən bir sirr açım, onlar 500 manat verib trend olurlar. Bunu eşidib dəli olmuşam, başıma hava gəlib. 500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən, trenddə olursan. Nə qədər pulun var, verirsən, birinci olursan. Bu, sənətin deyil, pulun yarışıdır ”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm