Magazin1
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”

“Emilin vəfatından sonra yatmıram”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov verilişlərin birində qonaq olarkən deyib.
O, müğənni Aydın Saninin ifası zamanı mərhum müğənni oğlu Emil Rəhmanoğlunu xatırlayıb:
“Bundan əvvəl iki dəfə bu verilişə qonaq gəlmişəm və hər ikisində Emillə bağlı danışmışam. Mahnını dinləyərkən o yadıma düşdü”.
Aktyor, aparıcı Mətanət Əlverdiyevanın "Emili heç yuxuda görmüsünüz?" sualına isə belə cavab verib:
“Emilin vəfatından sonra heç yuxum olmur, yatmıram. 5-10 dəqiqə mürgüləyirəm, amma sonra yata bilmirəm. Onu yuxumda görsəydim, deyərdim ki, gəl yanıma".
Qeyd edək ki, Emil Rəhmanoğlu ötən il sentyabrın 19-da xəstəxanada dünyasını dəyişib.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?