Efirdə 50 min manatlıq mərc etdilər - VİDEO
Bizi izləyin

Magazin1

Efirdə 50 min manatlıq mərc etdilər - VİDEO

Müğənni Rəvan Qarayev qonaq olduğu "Həmin Zaur" verilişində aparıcı Zaur Kamalla 50 min manatlıq mərcə girib.

Publika.az xəbər verir ki, aparıcı bildirib ki, sənətçi "Ay Zaur" verilişinin çəkilişi zamanı günü 300-400 manata olan ev kirayələyib və bu əmlakın onların özlərinə aid olduğunu iddia edib.

Rəvan isə vurğulayıb ki, evi kirayəyə götürməyiblər:

"Bilirsən ki, düz danışanam. Əslində axırıncı çəkiliş öz evimizdə aparılıb. Evin çıxarışı yoxdur, müqavilə sənədi var. Amma torpağın çıxarışı var, göstərə bilərəm. Nədən istəsən mərc edə bilərik".

Rəvan Zaurun 50 min manatlıq mərc təklifini qəbul edib və evin onlara məxsus olduğunu yaxın günlərdə sübut edəcəyini söyləyib.

(Bizim.media)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm