Bunu etsəm, indikindən 10 qat artıq qazanaram - Namiqdən etiraf - VİDEO
Bizi izləyin

Magazin1

Bunu etsəm, indikindən 10 qat artıq qazanaram - Namiqdən etiraf - VİDEO

"Meyxanaçılar tələsirlər, rahat götür-qoy edə bilmirlər ki, necə edək. Amma uğurluları da var".

Publika.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəbər ətər" verilişində bəzi həmkarlarının son vaxtlar daha çox müğənnilərlə duet oxumağa üstünlük verməsi ilə bağlı danışarkən deyib. Sənətçi meyxanada daha çox qazanc olduğunu bildirib:

"Bəzən belə bir ab-hava yaradırlar ki, guya mahnı oxumaqda daha çox qazanc var, nəinki meyxanada. Qətiyyətlə bunu təkzib edirəm. Doğru fikir deyil. Mən bu gün meyxana desəm, indikindən 10 qat artıq qazanaram. Bu söz məni hətta çox pis yandırır. Mənim həyatımda meyxana belə olub, hər gün pul qazanırsan. Elə bir gün yoxdur ki, gəlir əldə etməyəsən. Amma mahnı oxumaq belə bir şeydir ki, müəyyən qaydaların olur, ondan kənara çıxa bilmirsən. Gözüm görə-görə o qədər var-dövlətdən imtina edib, yolumu dəyişmişəm. Səbəblərini də dəfələrlə izah eləmişəm.

Bəzi insanlar var ki, peşəkar sənətçilər onları başa düşürlər. Fikirləşirlər ki, bir xanımdır, lazımsız həyat tərzi sürməsindənsə, səsi olmasa da, qoy, oxusun. Pul qazanır. Bu meyxanaçıların da içində var. Sonra görürsən ki, həmin adam çıxır efirdə oturur və başlayır Azərbaycan mədəniyyətindən, incəsənətindən danışmağa. Peşəkar insanlar var, baxırlar. Ayıbdır! Mən neçə ildir bu sahədəyəm, amma bu barədə qorxa-qorxa danışıram. Ona görə də peşəkarlar necə sizi başa düşürlərsə, siz də onları anlayın ki, bilmədiyiniz şeylərdən danışmayın. Bir az başınızı aşağı salın. Baxırsan ki, səsi yoxdur, amma pul qazanır, deyirsən ki, eybi yoxdur. Plagiat mahılar bəstələyir, satır və sonra çıxır başqalarında səhv axtarmağa. Birinci özünü düzəlt, sonra səhv axtar".

(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm