Aydın Sanidən sərt reaksiya: “Övladlarımız Elza kimi əcaib tərzə bürünməkdənsə...” - VİDEO
Bizi izləyin

Magazin1

Aydın Sanidən sərt reaksiya: “Övladlarımız Elza kimi əcaib tərzə bürünməkdənsə...” - VİDEO

Əməkdar artist Elza Seyidcahanın meyxanaçıları gənc nəslə pis örnək olmaqda günahlandırmasına müğənni Aydın Sani sərt reaksiya verib.

Publika.az xəbər verir ki, Azxeber medianın "Gəl danış" layihəsinə müsahibə verən müğənni əməkdar artistin bu fikirlərini tənqid edib:

"Bilmirəm bunu Elza xanım hansı əsaslara söykənərək deyir, mən meyxananı şəxsən sözə görə sevmişəm. Elza xanım bu gün Azərbaycan mədəniyyəti üçün nə qoyub bilmirəm, bunu gələcək nəsillər göstərər. Amma mən istərdim ki, övladlarımız əcaib nələrəsə bürünməkdənsə, gözəl söz deyə bilsinlər. Ən azından tribunaya başında ananaslı, bananlı papaqla çıxmayasan ki, səni eşitsinlər. Maraqlı göründü, vəssalam. Orada da bitdin sən! Mənim o qədər savadım da yoxdur, gəlim o yerə çatım ki, o cümlələri də anlayım. Mən bu müasirliyi qəbul etmirəm. Onun şeirlərindəki açıq fikirliliyi, çılpaqlığı qəbul etmirəm. Amma mən meyar deyiləm, hərənin öz zövqü var. Onun büründüyü imicdənsə, mənim üçün iki kəlmə söz daha önəmlidir. Bunu da söz sevən insanlar anlayar. Şeirlərini oxumamışam, efirlərdə eşitmişəm. Şeir gərək çılpaq olmasın. Şeir məni düşündürməlidir. Üç dənə, beş dənə söz yığını ilə kitab ərsəyı gətirmək mənim üçün önəmli deyil. İnsanın bir əqidəsi, iç dünyası var da. Mən ona düşmən deyiləm, sadəcə onu sevmək məcburiyyətində deyiləm, o da məni təbii ki. Yeni nəsil yetişir. Amma bəzi ustadlar var ki, onların adını hər zaman çəkməyi özümə borc bilirəm. Vüqar Əbdülov, Namiq Qaraçuxurlu. Bunlar meyxana ilə doğulublar. Meyxananın gözəlliyini estetik cəhətdən göstəriblər və hətta qadınlara da sevdiriblər. Bu o ustadların əziyyətidir. Siz xanım olaraq meyxananı elə-belə sevə bilməzdiniz" deyə Sani bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm