“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı” - Mətanət
Bizi izləyin

Magazin1

“Ana oğlunun qız kimi rəqs etməsi ilə qürurlanırdı” - Mətanət

Aparıcı Mətanət Əliverdiyeva son zamanlar azyaşlı oğlanların qız kimi rəqs etməsini tənqid edib.

Publika.az xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində məclislərin birində şahid olduğu hadisəni danışaraq valideynlərə səslənib:

"Buradan valideynlərə səslənirəm. Bir tədbirdə idim, orada bir xanım mahnı oxuyur, azyaşlı uşaqlar isə rəqs etmək istəyirdi. Şoka düşdüm, 8-11 yaş aralığında oğlan uşaqları idi. Qız oxuyur, oğlanlar qız kimi rəqs edirlər. Dedim ki, dayan, kişi kimi rəqs et. Sual verir ki, o necə olur? Necə rəqs edirlər göstərdim. Elə oynamağa başladılar. Ana isə onun əvvəlki rəqsini telefonla çəkib, qürurlanırdı. Dedim, qürurlanma, kişi kimi rəqs etməyi öyrət".

(Axşam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm