Magazin1
“Efirə çıxıb 7 dəsmalla ağlayırlar, amma...” - Tolik onları “yıxıb-sürüdü”

“Müğənnilərin, sənət adamlarının verilişlərdə ağlayıb problemlərini danışması vətəndaşları qıcıqlandırır”.
Publika.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış prodüser, aparıcı Tarix Əliyev (Tolik) deyib. Aparıcı fikirlərinə belə davam edib:
“Əslində bir neçə il bundan öncə belə mövzular üçün verilişlər var idi. Əsasən, sənətçilər o verilişlərə öz keçmişləri haqda danışmağa gedirdilər. Amma hazırda o qədər sosial verilişlər var ki, adi vətəndaşların problemi qalıb bir kənarda, tanınmış simalar efirdə olan zaman öz sosial problemlərini irəli sürürlər. Yaxud da şou verilişlərində bunu edənlər olur. Məsələn, eyni gündə Aynur Dadaşova həm mənim, həm də Zümrüd Bədəlovanın verilişində qonaq oldu. Mənim verilişimdə birdən-birə ağladı, rəhmətlik bacısı yadına düşdü deyə onun haqda fikirlər bildirdi. 1 saat sonra isə Zümrüd Bədəlovanın verilişinə qatıldı və orada hönkür-hönkür ağlamağa başladı”.
T.Əliyev vurğulayıb ki, insanlar ifaçıların sadəcə şan-şöhrətli həyatlarını və bahalı geyimlərdə toylarda ifa etdiklərini gördükləri üçün verilişlərdə ağlamaqlarını tamaşaçılar səmimi qəbul etmir:
“Düşünürəm ki, müğənnilər efirdə problemlərini səsləndirməməlidirlər. Çünki onların müxtəlif əlaqələri var. Həm də bu kimi ucuz qalmaqallar insanları onlardan iyrənməyə vadar edir. Bəzi müğənnilər 3 manatlıq mahnılara görə efirdə çıxıb qırğın edirlər, sosial şəbəkələrdə özlərini tərbiyəsizcə aparırlar. Ancaq efirdə özlərinə çəki-düzən verirlər. Mənə elə gəlir ki, insanlar da buna görə qıcıq olurlar. Tamaşaçılar düşünür ki, müğənnilər qaz vurub qazan doldurur, amma efirdə 7 dəsmalla ağlayırlar. Bu yaxşı deyil.
Hər bir verilişin mövzusu var. Əyləncəli verilişdə əyləncə, sosial verilişdə isə problemlər olmalıdır. Sadə vətəndaş rayondan gəlib öz problemini işıqlandırmaq istədiyi təqdirdə tanınmış simaya söz verilir. Bu haqsızlıqdır”.
-
ABŞ03:18
Ağ Evin bir hissəsi söküldü - Fotolar
-
Qoroskop01:40
Günün ulduz falı: Hər ehtimala qarşı "B" planı hazırlayın!
-
Dünya20 Oktyabr 23:45
Hərbi karvan mikroavtobusla toqquşdu - 3 əsgər yaralandı
-
Nəqliyyat20 Oktyabr 22:18
Məktəbliyə qarşı qeyri-etik hərəkət edən taksi sürücüsü HƏBS OLUNDU
-
İdman20 Oktyabr 22:05
Başınızı aşağı salmayın, uşaqlar! - Messi onlara müraciət etdi
-
Magazin220 Oktyabr 21:00
"Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
-
MDB20 Oktyabr 20:24
Putin və Tramp Macarıstana birlikdə gedəcək?
-
ABŞ20 Oktyabr 19:50
Bu ölkə ABŞ-dakı səfirini geri çağırdı