Magazin1
Çimnazın atası: "Qızım ayaqları ilə xəstəxanaya gedib..." - VİDEO
Aktrisa Çimnaz Sultanovanın atası Mütəllim Heybətov qızının ölümündən danışıb.
Publika.az xəbər verir ki, o, "Xəzər axşamı" verilişinə açıqlama verib:
"Anası rəhmətə getdi, ağlaya bilmirdi, stres keçirirdi. Sentyabrın 25-də anası öldü, oktyabrda ağrıları başladı. Anasının 40 mərasiminə 1 həftə qalmış pisləşdi. Mənə zəng etdi ki, ata, gəl. Getdim, dedi ki, ölürəm, apar məni həkimə. Mədə, bağırsaq keçməzliyi yarandı. Bunu düzüb-qoşduq, gəldi evə, bizimlə otururdu. Həkimə dedim ki, nə zaman sağalacaq? Dedi, ay yarıma. 21-ci gündə zəng gəldi, həkim dedi gəl. Mənə dedi ki, ata depozit istədilər. Apardım depoziti qoydum. Deyirəm axı həkimlər deyirdi 2 ay keçməlidir, 21 gün tezdir. 7 saat əməliyyat keçdi. Bir gün keçdi yenə çağırdılar ki, vəziyyəti pisdir. Cərrahlar baxanda deyirdi ki, 21 gün tezdir, 2 ay keçməlidir. Bunu saldılar kritik ölümə. Günü-gündən psiləşdi. Ayaqları tutuldu, gəzə bilmədi. Həkim deyir, ölümdən qurtarmışıq. Deyirəm, qızım ayaqları ilə xəstəxanaya gəlib, siz ölümə salmısınız. Heç vaxt təzyiqi yox idi, təzyiqini qaldırdılar. Səhər getmişdim yanına, deyirdi, sıyıq, kəsmik yemişəm"./olay.az
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq













.png)





















