Magazin1
"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
Model Günay Musayeva sosial şəbəkədə məktəb qaydaları ilə bağlı fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, o, 9-cu sinifdə oxuyarkən saçlarını sarı rəngə boyadığı üçün məktəbə buraxılmadığını bildirib. Model həmin vaxt məktəbin direktorunun öz anası olduğunu qeyd edib:
“9-cu sinifdə oxuyarkən saçlarımı sarı rəngə boyadığım üçün məktəbə buraxılmamışdım. Məktəbin direktoru isə öz anam idi. Həmin gün saçlarımı əvvəlki rənginə qaytardım və təhsilimə davam etdim.
11 il mayın, sentyabrın istisində belə, məktəbli formasına riayət etdik. Axı bu qaydalar dünən yaranmayıb. Bəs niyə bu gün problemə çevrilib?
Biz Oğuz türküyük, zəngin tariximiz, mədəniyyətimiz və milli kimliyimiz var. Bunları qorumaqla yanaşı, fərqli düşüncələrə hörmət etməyi də bacarmalıyıq.
Əziz valideynlər, övladlarınıza öz dünyagörüşünüzü məcburən qəbul etdirməyin. Onlara düşünməyi, öyrənməyi və şüurlu seçim etməyi öyrədin.
Unutmayaq: təhsilin məqsədi itaətkar nəsil deyil, savadlı, azad düşüncəli və məsuliyyətli insanlar yetişdirməkdir”. (Axşam.az)
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər








.png)


.jpg)























.jpg)


