İlqarənin Türkiyə səfərinin sirri çözüldü - FOTOLAR
Bizi izləyin

Magazin1

İlqarənin Türkiyə səfərinin sirri çözüldü - FOTOLAR

Məlum olduğu kimi, gənc müğənni İlqarə Kazımova mütəmadi olaraq İstanbula gedir. Hətta Novruz bayramını da İstanbulda keçirən müğənni, ötən həftə yenidən İstanbula qayıdıb. Hazırda Türkiyədə olan müğənni intensiv İstanbul səfərləri barədə Publika.az-a açıqlama verib:

“Bir çoxları düşünür ki, İstanbul yalnız ticarət mərkəzləri, əyləncə məkanları və gecə klublarından ibarətdir. İstanbul hər şeydən öncə Roma, Bizans və Osmanlı imperiyalarının paytaxtı olub. Bu şəhərin gəzməli-görməli tarixi məkanları, qədim abidələri saysız-hesabsızdır. Mən də bu şəhərə sırf səyahət məqsədilə gəlmişəm. İstanbulun bütün gəzməli-görməli yerlərini dolaşıb, tarixi abidələri, muzeyləri, incəsənət qalereyalarını ziyarət edib, bu şəhəri özüm üçün fərqli yöndən kəşf etmək istəyirəm. İstəyirəm İstanbulun görmədiyim yerlərində olum. Ziyarət etdiyim bütün məkanlardan fotoları isə “İnstaqram” sosial şəbəkəsindəki hesabıma yerləşdirəcəyəm”.

Müğənni həmçinin yaxın günlərdə yeni mahnısını təqdim edəcəyini də bildirib: ““Empire Music Entertaiment” musiqi şirkəti ilə yeni mahnı yazdırmışam. Mahnı çox ritmikdir. Əsl yay mahnısıdır. Mahnının hit olacağına əminəm. O qədər xoşuma gəlib ki, bu mahnıya mütləq klip də çəkdirəcəyəm. Yay ab-havalı mahnı olduğundan, klipi dəniz kənarında çəkdirməyi fikirləşirəm. Amma rejissorun fikri də mənə maraqlıdır. Bir sözlə, məni sevənlər yeni mahnımı gözləsinlər”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm