Magazin1
Belçikanın məşhur rəssamı Bakıya gəlir
Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisi açılacaq.
Publika.az-ın məlumatına görə, sentyabrın 27-dək
davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunacaq.
Açılış mərasimi ərəfəsində Vim Delvuanın əsərlərinin
reproduksiyasını əhatə edən kataloq nəşr olunub. Nəşrə ön sözü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb.
Məlumat üçün bildirək ki, Vim Delvua 1965-ci ildə Belçikada anadan
olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O,
1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət
kontekstində təqdim edərək özünəməxsus əsərlər yaradıb. Rəssamın
psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin
müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb.
V.Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir,
bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və
məzmun alır.
Vim Delvuanın indiyə qədər Luvr Muzeyində, Parisin Jorj Pompidu
adına Milli Mədəniyyət və İncəsənət Muzeyində, Nyu-York Yeni
Muzeyində, Lion Müasir İncəsənət Muzeyində, Venesiyanın Peqqi
Quqqenhaym Muzeyində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə
Venesiya Biennalesinin, 1992-ci ildə isə Almaniyanın Kassel
şəhərində keçirilmiş “Documenta IX” sərgisinin iştirakçısı
olub.
Cəvahir
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ