Elnur Hüseynov “Eurovision”da qalib olacaq - VİDEO
Bizi izləyin

Magazin1

Elnur Hüseynov “Eurovision”da qalib olacaq - VİDEO

“Eurovision” musiqi yarışmasının başlamasına 1 aydan da az vaxt qalıb. Müxtəlif ölkələrin bukmeykerləri qalibin adlarını açıqlayır. “YouTube” videoizləmə portalı da prosesdən kənarda qalmayaraq iki yarımfınalın qaliblərinin adlarını açıqlayıb.

Məlum olduğu kimi, “YouTube”da əsas baxış sayı nəzərə alınır. Bu səbəbdən video portalın hesablamasına görə, birinci yarımfinalın qalibi Rusiyanın təmsilçisi Polina Qaqarina olacaq. Onun videosu 3 milyondan çox izlənilib. İkinci yerdə Albaniya, üçüncü yerdə isə Ermənistan gəlir.

İkinci yarımfinalın qalibi isə “YouTube”un proqnozuna əsasən, Azərbaycanın təmsilçisi Elnur Hüseynov olacaq. Onun klipi sayta 1 milyona yaxın izlənilib. İkinci yerdə İsrail, üçüncü yerdə isə İslandiya qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanı “Eurovision” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında səhnəyə çıxacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm