“Eurovision”a pulsuz biletlər
Bizi izləyin

Magazin1

“Eurovision”a pulsuz biletlər

“Eurovision” musiqi yarışmasını Vyanada izləmək istəyənlər pulsuz bilet əldə edə bilər. Publika.az xəbər verir ki, bu şansı Azərbaycanı bu yarışda təmsil edəcək Elnur Hüseynov yaradıb.

Bu barədə təmsilçimiz rəsmi “facebook” səhifəsində məlumat verib:

“Hələ də “Eurovision” üçün biletin yoxdur? Şansını sına – Elnur ilə onlayn partiyə qoşul, aktiv ol və “Eurovision” üçün 20 biletdən biri sənin olsun! Tələsin”.

Qeyd edək ki, hazırda İstanbulda yaşayan ifaçı orada heyranları üçün sürpriz hazırlayıb. Belə ki, müğənni sabah, yəni mayın 6-da açıq havada parti təşkil edəcək. Təşkil olunan şənliyi “facebook”, “twitter”, “youtube” və “periscope” sosial şəbəkələri vasitəsilə canlı izləmək mümkün olacaq. Beləliklə, şənliyi 100 minlərlə insan eyni vaxtdə izləyə biləcək.

Pulsuz bilet əldə etmək şansı isə yalnız konsertdə iştirak edənlərə veriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm