Tahirə Məmmədqızı: "Nadirlə Cavanşirin barışıq videosu məndədir" – FOTOLAR
Bizi izləyin

Magazin1

Tahirə Məmmədqızı: "Nadirlə Cavanşirin barışıq videosu məndədir" – FOTOLAR

Müğənni Manaf Ağayev bir-biri ilə qanlı-bıçaq olan həmkarları Nadir Qafarzadə və Cavanşir Məmmədovu necə barışdırdı? Barışıq zamanı Nadirlə Cavanşir Məmmədov arasında hansı gərginlik yaşandı, onlar bir-birinə hansı sözləri dedilər, Nadir niyə ağladı? Bütün bunlara ilk dəfə olaraq yaxın günlərdə “Space”in efirində tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında nümayiş olunacaq “Gör kim gəldi” verilişində aydınlıq gətiriləcək.

Qeyd edək ki, “Space” televiziyasında yeni başlanan “Gör kim gəldi” verilişinin ideya rəhbəri sözügedən telekanalın rəhbəri Vaqif Mustafayevdir.

Proqramın aparıcısı olan tanınmış jurnalist Tahirə Məmmədqızı yeni verilişin tamamilə fərqli formatda olacağını və teleməkanda analoqunun olmayacağını deyib: “Verilişdə tanınmış sənət adamları iştirak edəcək, şok hadisələrin şahidi olacaqsınız. Bizi gözləyin, gəlirik”.

Veriliş həftənin bazar günləri yayımlanacaq.

Proqramın informasiya dəstəksiçi Publika.az saytıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm